Kapitanımız “nəhs”də qaldı
21.03.2011 - 00:01
Kapitanımız “nəhs”də qaldı
Çempionlar Liqasının final görüşündə “Vakıfbank Günəş Sığorta” -“Rabitə” (Azərbaycan) oyunun bombardirinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, həlledici matçda ən güclü adına rəqib voleybolçu Yelena Nikoliç layiq görülüb. O, komandasının çempion adı qazandığı qarşılaşmada Dejan Brdjoviçin yetirmələrindən 15 xal almağı bacarıb.

“Rabitə”nin heyətində isə ən çox xal toplayan Natalya Məmmədova olub. Kapitanımızın 13 zərbəsi dəqiq alınıb. Digər voleybolçularımız - Sanya Staroviç və Kimberli Qlass hərəyə 10, Nataşa Krsmanoviç 4 və Mira Qoluboviç 2 dəfə fərqləniblər.

Qeyd edək ki, “Rabitə” finalda “Vakıfbank Günəş Sığorta”ya uduzsa da, tarixində ilk dəfə çıxış etdiyi Çempionlar Liqasında gümüş medala layiq görülüb.
0