Avrokubokda Azərbaycan finalının vaxtı dəqiqləşdi
26.03.2011 - 15:22
Avrokubokda Azərbaycan finalının vaxtı dəqiqləşdi
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin final görüşlərinin keçiriləcəyi tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avrokubokun həlledici matçında qarşılaşacaq Bakı klubları – “Lokomotiv” və “Azərreyl” arasında ilk oyun martın 29-na təsadüf edəcək.

Cavab görüşü isə aprelin 2-də keçiriləcək. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq hər 2 qarşılaşma saat 18:00-da start götürəcək.
0