Həmyerlimiz “Pyaçentsa” ilə oyunda debüt etdi - FOTOSESSİYA
28.03.2011 - 14:58
Həmyerlimiz “Pyaçentsa” ilə oyunda debüt etdi  - FOTOSESSİYA
Azərbaycan yığmasının voleybolçusu Natəvan Qasımova “Skavolini”nin heyətində debüt edib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz İtaliya kubokunun yarımfinalında meydana çıxıb.

“Skavolini” 2:3 hesabı ilə uduzsa da, baş məşqçi Paolo Tofoli Qasımovanın oyunundan razı qaldığını bildirib. İtaliyalı mütəxəssis Natəvan gözəl oyun nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edək ki, milli komandamızın üzvü “Pyaçentsa” ilə oyunda son 3 setdə meydana çıxıb və 1 xal toplayıb. Cütün qalibi isə 2 görüşün nəticəsinə əsasən müəyyənləşəcək.
0