Yarımfinal görüşlərinin tarixi açıqlandı
29.03.2011 - 12:20
Yarımfinal görüşlərinin tarixi açıqlandı
Basketbol üzrə Azərbaycan çempionatının yarımfinal görüşlərinin keçirilmə tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 1/2 final mərhələsinin ilk görüşləri aprelin 2-də baş tutacaq.

Günün ilk matçı “Qala” və ABİK arasında olacaq. Növbəti qarşılaşmada isə meydan “Araz”la 18 yaşlılardan ibarət milli komandamızın ixtiyarına veriləcək. Finala 2 qələbə qazanacaq klub yüksələcək.

Qeyd edək ki, cavab görüşləri 1 həftə sonra aprelin 9-da baş tutacaq.

2 aprel
15:00. “Qala” - ABİK
17:00. “Araz” – U-18

9 aprel
15:00. ABİK - “Qala”
17:00. U-18 - “Araz”
0