Azərbaycan yığmasının biabırçı nəticələri
30.03.2011 - 13:00
Azərbaycan yığmasının biabırçı nəticələri
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avro-2011-in seçmə mərhələsində oyunlarını başa vurub. Apasport.az saytının məlumatına görə, Norveç, Almaniya və Bolqarıstanla eyni qrupda yer alan millimiz keçirdiyi 3 görüşün hamısında məğlubiyyətlə üzləşib.

İlk görüşdə almanlara 44:10 hesabı ilə uduzan həndbolçularımız növbəti qarşılaşmada da rəqib qapısından 10 top keçirib. Lakin Almaniya ilə müqayisədə Norveç idmançıları komandamızı 63 dəfə cəzalandırıblar. Yığmamız son oyununu autsayder olan ev sahibi – Bolqarıstana qarşı keçirib. Oyun yenə də rəqibin xeyrinə başa çatıb – 52:11.

Qeyd edək ki, növbəti mərhələyə qrupda ilk 2 pillədə qərarlaşan Almaniya və Norveç komandaları vəsiqə qazanıblar.
0