Final görüşünün vaxtı dəyişdirildi
31.03.2011 - 09:27
Final görüşünün vaxtı dəyişdirildi
Aprelin 2-də “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək “Çelenc Cup” turnirinin final mərhələsinin cavab oyununun başlama vaxtında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Bakının “Azərreyl” və “Lokomotiv” oyunu nəzərdə tutulduğu vaxtdan 2 saat tez başlayacaq. Həlledici matçın start fiti 16:00-da veriləcək.

Qeyd edək ki, ilk görüşdə “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edib.
0