“Azərreyl”ə kuboku İlham Əliyev təqdim etdi
02.04.2011 - 17:41
“Azərreyl”ə kuboku İlham Əliyev təqdim etdi
“Çelenc Cup” turnirinin mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qalib adını qazanan “Azərreyl” klubunun kapitanı Natalya Hanıkoğluna kuboku Azərbaycan prezidenti İlham Əliyev verib. O, həmçinin qalib komandanın voleybolçularının təbrik edib.

Medalları isə Vüqar Əliyevin yetirmələrinə CEV-in vitse-prezidenti Banu Can Sçurmann və yığmamızın baş məşqçisi Faiq Qarayev təqdim ediblər.
0