Azərbaycan prezidenti xüsusi kubokla mükafatlandırıldı
02.04.2011 - 17:47
Azərbaycan prezidenti xüsusi kubokla mükafatlandırıldı
Azərbaycan prezidenti İlham Əliyevə Avropa Voleybol Konfederasiyasının (CEV) xüsusi kuboku təqdim edilib. Apasport.az saytının məlumatına görə, Əliyev Azərbaycanda voleybolun inkişafına göstərdiyi diqqətə görə mükafatlandırılıb. Ona xüsusi kuboku finalı canlı izləyən CEV-in vitse-prezidenti Banu Can Sçurmann verib.

Qeyd edək ki, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olan Əliyev də həlledici görüşü “Sərhədçi” Olimpiya Mərkəzində izləyib.
0