“Azərbaycanda həm xoşbəxtəm, həm də sevilirəm” - FOTO
04.04.2011 - 12:08
“Azərbaycanda həm xoşbəxtəm, həm də sevilirəm” - FOTO
“Mənə növbəti mövsüm üçün təklif olarsa, yenidən Azərbaycanda qalmağın tərəfdarıyam. Burada hər şey məni qane edir”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının voleybolçusu Mariya Filipova deyib.

Mövsümün əvvəlində Bakının “Lokomotiv” klubuna transfer olunan libero karyerasını bu komandada davam etdirmək arzusundadır. Onun sözlərinə görə, Rusiyadan təklif alsa da, “dəmiryolçular”ın son sözünü gözləyir: “Mövsümün sonu yaxınlaşdıqca təkliflər gəlir. Məsələn, hazırda Rusiya klubları mənim keçidimdə maraqlıdırlar. Lakin mən oraya getmək istəmirəm. Uzaq səfərlər, soyuqlar – bütün bunlara öyrəşmək çətindir. Azərbaycanda həm xoşbəxtəm, həm də sevilirəm”.

Qeyd edək ki, Filipova “Metal Qalati” (Rumıniya), “Kann” (Fransa), “Fakel” (Rusiya) və Levski (Bolqarıstan) komandalarında forma geyinib. Klub karyerasında Fransa çempionu adını qazanıb.
0