Draqutin Baltiç rəsmən Bolqarıstan millisində!
04.04.2011 - 17:15
Draqutin Baltiç rəsmən Bolqarıstan millisində!
Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiç Bolqarıstan yığmasının yeni baş məşqçisi təyin edilib. Apasport.az saytının məlumatına görə, bu barədə Bolqarıstan Voleybol Federasiyasının İcraiyyə Komitəsi qərar çıxarıb.

Belə ki, bu gün baş tutan iclasda 2 məşqçi - Draqutin Baltiç və Marçelo Abondança ilə danışıqlar müzakirə obyekti olub. Tədbirdə bildirilib ki, italiyalı mütəxəssis İtaliya A seriyasında “Villa Korteze” ilə müqaviləsi olduğundan yığmanı çalışdırmaqdan imtina edib. Belə də isə Baltiç avtomatik olaraq, milli komandanın baş məşqçisi seçilib.

Həmkarlarımızın yazdıqlarına görə, o yaxın günlərdə bu ölkəyə səfər edərək, rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, noyabrda “Lokomotiv”ə baş məşqçi gətirilən mütəxəssis Bakı klubu ilə bu mövsümün sonunacan müqavilə bağlamışdı.
0