Dünya çempionları Argentinaya gedir
05.04.2011 - 08:43
Dünya çempionları Argentinaya gedir
İspaniya milli komandası iyul ayında keçiriləcək Amerika kubokunda iştirak edə bilər. Apasport.az saytının məlumatına görə, dünya çempionları Argentinada keçiriləcək yarışa dəvət alıblar. Onlar ölkədə baş verən təbii fəlakət üzündən yarışa qatılmaqdan imtina edən Yaponiyanı əvəzləməlidir. Amerika qitəsinin ən güclü komandalarının qatıldığı turnirə yollanmağa razılıq verəcəyi halda İspaniya yarışda iştirak edən ilk Avropa təmsilçisi olacaq.
0