İliev Baltiçin “Lokomotiv”dən gedəcəyi tarixi açıqladı
05.04.2011 - 10:13
İliev Baltiçin “Lokomotiv”dən gedəcəyi tarixi açıqladı
Bakının “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin Azərbaycanı tərk edəcəyi tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu barədə Bolqarıstan Voleybol Federasiyasının İdarə Heyətinin üzvü İliya İliev açıqlama verib.

Onun sözlərinə görə, Baltiç Azərbaycanda Super Liqanın oyunları yekunlaşdıqdan sonra – mayda Bakı klubunun düşərgəsini tərk edəcək. Nəzərə alsaq ki, milli çempionatımızın son turları mayın 6-8-də keçiriləcək, bu halda Draqutinin Bolqarıstan yığmasını Avroliqaya hazırlamaq üçün 20 gün vaxtı olacaq.

Qeyd edək ki, İsrail, Macarıstan və Çexiya ilə B qrupunda yer alan Bolqarıstan qitə yarışında mübarizəyə mayın 27-də başlayacaq.
0