Milli komandamız Küveyt və İraqla qarşılaşacaq
05.04.2011 - 15:50
Milli komandamız Küveyt və İraqla qarşılaşacaq
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması aprelin 22-də Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri qonşu ölkədə təlim-məşq toplanışı keçəcək.

Bir həftəlik hazırlığın ardından komandamız beynəlxalq turnirdə də qüvvəsini sınayacaq. Aprelin 29-də start götürəcək turnirdə yığmamızla yanaşı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İraq milli komandaları və Türkiyənin 2 klubu qüvvəsini sınayacaq. Yarışın qalibini adı isə mayın 9-da müəyyənləşəcək. Oyunlarda bu ölkədə forma geyinən – Rasim Başak, Aleksandr Rındin və Çarlz Devis də komandamızın heyətində yer alacaqlar.

Qeyd edək ki, basketbolçularımız Bakıya mayın 10-da dönəcəklər.
0