Yekaterina Qamova Bakı klublarının transfer siyahısında
07.04.2011 - 09:57
Yekaterina Qamova Bakı klublarının transfer siyahısında
Rusiya milli komandasının aparıcı voleybolçusu Yekaterina Qamova karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, növbəti mövsüm üçün Bakının aparıcı klubları 2 qat dünya çempionunu heyətində görmək arzusundadırlar.

Belə ki, hazırda Kazan “Dinamo”sunun şərəfini qoruyan Qamova bir çox komandaların diqqət mərkəzindədir. Türkiyəli həmkarlarımızın yazdıqlarına görə, dünyanın ən hündürboylu voleybolçularından biri olan Yekaterina “Fənərbaxça”, “Zariçye Odintsovo”, “Dinamo” (Krasnodar) və Azərbaycanın aparıcı klublarının təkliflərini nəzərdən keçirir. Hətta onun yeni mövsümdə transfer qiymətinin dünyada yeni rekord qıracağı da bildirilir.

Qeyd edək ki, Qamovanın öz klubunda qalması da istisna edilmir.
0