“Beşiktaş” Azərbaycandan baş məşqçi tapdı
07.04.2011 - 11:14
“Beşiktaş” Azərbaycandan baş məşqçi tapdı
“Beşiktaş” voleybol klubu baş məşqçi seçimi ilə bağlı axtarışlarını yekunlaşdırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “qara qartallar” sonda konkret 2 ad üzərində dayanıblar.

Maraqlıdır ki, “Beşiktaş”ın heyətinə cəlb etmək istədiyi mütəxəssislərin hər 2-si Azərbaycan klublarını çalışdırır. İstanbul komandası Bakı “İqtisadçı”sının baş məşqçisi Jan De Brandt və ya “Şirvan”ın baş məşqçisi Adnan Kistakın xidmətində maraqlıdır.

Qeyd edək ki, “Beşiktaş” bu mövsüm ümidləri doğrultmayan Bülənt Karslıoğlu ilə yollarını ayırıb.
0