Siftə finalçılardan gələcək
08.04.2011 - 10:02
Siftə finalçılardan gələcək
Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında final mərhələsinin ilk dövrəsinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın həlledici oyunları aprelin 18-də son mövsümün qızıl və gümüş mükafatçıları - “Rabitə” – “Lokomotiv” qarşılaşması ilə start götürəcək.

Aprelin 20-nə kimi davam edəcək ilk dövrədə hər gün 2 matç baş tutacaq. Oyunlar isə Mingəçevirdə “Kür” avarçəkmə bazasının idman zalında keçiriləcək.

Xatırladaq ki, II dövrə Masallıda, son görüşlər isə Bakıda baş tutacaq.

18 aprel
16.00. “Rabitə” – “Lokomotiv”
18.30. “İqtisadçı” – “Azərreyl”

19 aprel
16.00. “Lokomotiv” – “Azərreyl”
18.30. “Rabitə” – “İqtisadçı”

20 aprel
12.00. “İqtisadçı” – “Lokomotiv”
14.30. “Azərreyl” – “Rabitə”
0