“Azərbaycan komandalarının heyəti dünya yığmalarının versiyasıdır”
08.04.2011 - 15:31
“Azərbaycan komandalarının heyəti dünya yığmalarının versiyasıdır”
“Azərreyl”lə “Lokomotiv” sonradan finalda oynadılar. Məncə, bu çox şeydən xəbər verir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Omiçka” voleybol klubunun prezidenti Vladimir Şumakov deyib. “Çellenc Cup” turnirində Bakının “Lokomotiv” klubuna uduzan rusiyalı prezident Azərbaycan Superliqası ilə bağlı diqqəti çəkən açıqlama verib: “Fikrimcə, bizim liqa Azərbaycanda yaradılan turniri müqayisə etmək düzgün deyil. İndi Azərbaycan komandalarının heyəti – bu, dünya yığmalarının versiyasıdır. Legionerlərə limit ümumiyyətlə, yoxdur. Bu, Bakıya lazım da deyil! Orada öz gücü ilə maraqlı çempionat etmək üçün yerli oyunçuların sayı sadəcə, yoxdur və olmayacaq da. İndi Azərbaycan yığması üçün oyunçuları Ukraynada, Belarusda axtarırlar. Qızlar evlərindən harada lazım olduqları, yaxşı pul verilən yerlərə gedirlər və idman vətəndaşlıqlarını dəyişirlər. Bu yol özünəməxsus maraqlıdır. Ancaq Rusiya üçün bu, heç uyğun gəlmir”.
0