“Sərhədçi” yeni Azərbaycan çempionudur
12.04.2011 - 08:36
“Sərhədçi” yeni Azərbaycan çempionudur
Voleybolçu kişilər arasında Azərbaycan çempionatının final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şəmkir Olimpiya İdman Kompleksində 6 komandanın iştirakı ilə keçirilən yarışda çempion adına Bakının “Sərhədçi” klubu layiq görülüb. Onlar fəxri kürsüyə yüksəlməklə “Azərneft”in son illərdə çempionluq seriyasını da qırıblar.

Birinciliyin gümüş mükafatları “Masallı”, bürünc medalları isə “Bərdə” komandalarına qismət olub.

Qeyd edək ki, ölkəmizin ən titullu klubu “Azərneft”in iştirak etmədiyi final mərhələsində, həmçinin “Sumqayıt”, “Kürdəmir” və “Şəki” komandaları mübarizə aparıblar.
0