“O, təklifimizi qəbul etsə, ən azından Azərbaycana xeyir vermiş olar”
14.04.2011 - 12:44
“O, təklifimizi qəbul etsə, ən azından Azərbaycana xeyir vermiş olar”
Basketbol üzrə Azərbaycan yığması yenidən Türkiyədə legioner həyatı yaşayan Orxan Hacıyevanın milliləşdirmək arzusuna düşüb. Bu barədə apasport.az saytına məlumatı milli komandamızın meneceri Ləvənt Türknaz verib.

Onun sözlərinə görə, Azərbaycanda doğulub boya başa çatan basketbolçu müxtəlif bəhanələrlə komandada oynamaqdan imtina edir: “O, çox yaxşı basketbolçudur. Lakin Azərbaycan yığmasında oynayacaq gücdədir. Çünki o ümid edir ki, Türkiyə komandası onu heyətinə cəlb edəcək. Bu isə bir qədər qəliz məsələdir. İnandırıcı deyil. Amma Hacıyeva razılıq verərək, Azərbaycan millisini seçsə Avropa çempionatının B divizionunun II dövrəsində bizə də böyük xeyri dəyər. Ən azından doğulduğu torpağa xeyri vermiş olar. Biz ona yenidən öz təklifimizi etmişik. Amma yenə də seçim üçün vaxt istəyib. Bunun üçün qərarını gözləyirik”.

Qeyd edək ki, Orxan Hacıyeva razılıq verəcəyi halda milli komandamızın aprelin sonundakı təlim-məşq toplanışına qatılacaq.
0