Azərbaycan çempionu üçün potensial rəqib
15.04.2011 - 08:44
Azərbaycan çempionu üçün potensial rəqib
Avropanın daha 1 ölkəsində çempionun adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu, Lüksemburq çempionatında qalib adını təmin edən “Düdelanj” klubudur. Yalnız 1991-ci ildə yaranan komanda son 12 ildə 9-cu titulunu yarışın sonuna 5 tur qalmış təmin edib.

Qeyd edək ki, son 7 ildə yalnız 1 dəfə - ötən mövsüm çempionluğu əldən verən “Düdelanj” Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu isə o deməkdir ki, hələ adı müəyyənləşməyən Azərbaycan çempionunun həmin mərhələdəki potensial rəqiblərindən biri də məhz “Düdelanj”dır.
0