Milli komandamızın üzvü “Muradpaşa Bələdiyyəspor”da
18.04.2011 - 09:39
Milli komandamızın üzvü “Muradpaşa Bələdiyyəspor”da
Türkiyənin “Muradpaşa Bələdiyyəspor” klubu yeni mövsümdə transfer edəcəyi həndbolçuların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, heyətə cəlb ediləcək yeni oyunçular arasında Azərbaycan yığmasının və ABU-nun aparıcı üzvü Marina Tankaskaya da var.

Super komanda yaratmağı planlaşdıran rəhbərlik artıq milliləşdirilmiş həndbolçumuzla danışıqları yekunlaşdırıb və o, növbəti mövsümdən legioner həyatı yaşayacaq. İlkin olaraq, 28 yaşlı Tankaskaya ilə 1 illik müqavilə nəzərdə tutulub.

Qeyd edək ki, kişilərdən ibarət milli komandamızın 4 üzvü də “Trabzonspor”un şərəfini qoruyur.
0