Ad günündə “Lokomotiv”dən ayrıldı - FOTO
20.04.2011 - 12:07
Ad günündə “Lokomotiv”dən ayrıldı -  FOTO
Bakının “Lokomotiv” voleybol klubu Azərbaycan Super Liqasının final mərhələsində problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, dünən “Azərreyl”lə oyunda zədələnən komandanın belaruslu legioneri Vera Klimoviç bu gün “İqtisadçı” ilə görüşdə meydana çıxa bilməyəcək.

Ayağından xəsarət alan voleybolçu artıq final mərhələsinin keçirildiyi Mingəçevir şəhərini tərk edərək, Bakıya yollanıb. Onun aprelin 27-də start götürəcək II dövrədə çıxışı isə həkim müayinəsindən sonra dəqiqləşəcək.

Qeyd edək ki, Klimoviçin bu gün 23 yaşı tamam olur.
0