Ukrayna yığmasının baş məşqçisi bəlli oldu
21.04.2011 - 18:20
Ukrayna yığmasının baş məşqçisi bəlli oldu
Ukrayna yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında səsvermə ilə keçirilən seçkilərdə gənclər yığmasının baş məşqçisi Pavel Yakovenko qalib gəlib.

Lakin onun milli komandanı Avro-2011-in final mərhələsinə çıxaracağı və yığmanın London-2012-də iştirak şanslarının olması səbəbindən təyinatı rəsmiləşməyib.

Yakovenkoya işini davam etdirmək məsləhət görülüb. Belə olan halda, səsvermədə 3 namizəd arasında ikinci olan Oleq Bloxin yenidən Ukrayna millisinə baş məşqçi təyin edilib.

Çalışdırıcı vəzifəsinə digər namizəd Yuri Kalitvinsev olub.

Xatırladaq ki, Bloxin 2003-2007-ci illərdə milli komandanı çalışdırıb.
0