Azərbaycan çempionu Belarusdan məşqçi gətirir
22.04.2011 - 11:19
Azərbaycan çempionu Belarusdan məşqçi gətirir
Bakının “Sərhədçi” voleybol klubuna yeni məşqçi cəlb ediləcək. Bu barədə apasport.az saytına məlumatı son Azərbaycan çempionunun baş məşqçisi Oqtay Musayev verib.

Onun sözlərinə görə, sabah “Sərhədçi”nin Avrokuboklarda iştirak edib-etməyəcəyi dəqiqləşəcək: “Mən qadınlar arasında Super Liqanın oyunları ilə bağlı Bakıda olmadığımdan rəhbərliklə sabah görüşüm olacaq. Burada artıq hər şey dəqiqləşəcək. Komandaya cəlb ediləcək məşqçi və voleybolçularla bağlı siyahım da hazırdır. Danışıqlarım olub. Milli komandada birgə işlədiyim Nikolay Miroşniçenko yenidən Azərbaycana gələcək. Belarusdan olan mütəxəssis hazırda Rusiyada çalışır və tanıdığı 3 voleybolçunu da “Sərhədçi”yə gətirəcək. Fikrimcə, sabah danışıqlardan sonra bütün məsələlər öz həllini tapacaq”.
0