Azərbaycan yığması 1 gündə 2 qələbə qazandı
22.04.2011 - 12:50
Azərbaycan yığması 1 gündə 2 qələbə qazandı
Voleybol üzrə gənc qızlardan ibarət Azərbaycan yığması Belçikada keçirilən beynəlxalq turnirə uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, Feliks Məmmədovun rəhbərlik etdiyi milli komanda yarışın ilk günündə qarşılaşdığı hər iki rəqibə qalib gəlib.

Norveç yığmasına 3:0 hesabı ilə qalib gələn voleybolçularımız növbəti görüşdə Çexiya millisinə cəmi 1 set güzəştə gedib – 3:1. Komandamız qrupda son qarşılaşmasını bu gün Rusiyanın “Moskva” klubuna qarşı keçirəcək.

Qeyd edək ki, təmsilçilərimiz son rəqibləri ilə dueldən də qalib ayrılacağı halda, digər qrupun qalibi ilə çempionluq uğrunda yarışacaq.
0