Milli komandamız Belarusa rəqib oldu
23.04.2011 - 11:01
Milli komandamız Belarusa rəqib oldu
Voleybolçu qızlardan ibarət Azərbaycan yığması Belçikada keçirilən beynəlxalq turnirin II günü uğursuzluqla üzləşib. Apasport.az saytının məlumatına görə, Çexiya və Norveç milli komandalarını məğlub edən Feliks Məmmədovun yetirmələri ardınca keçirdikləri hər 2 oyunda uduzublar.

Belə ki, Polşa voleybolçuları ilə baş tutan matç təmsilçilərimizin qələbəsi ilə başlayıb. Lakin ilk setdə qələbə qazanan yığmamız bunun ardını gətirə bilməyib və yekunda 1:3 (25:20, 20:25, 22:25, 18:25) hesabı ilə uduzub.

Hollandiya millisi ilə qarşılaşma isə rəqibin tam üstünlüyü şəraitində keçib və yekunda Feliks Məmmədovun yetirmələri 0:3 hesabı ilə uduzublar.

Qeyd edək ki, yığmamız bu gün son matçına çıxacaq. Voleybolçularımı bürünc medallar uğurunda belaruslu həmkarlarını sınağa çəkəcəklər.
0