Milli komandamız Belarusa uduzdu
25.04.2011 - 11:47
Milli komandamız Belarusa uduzdu
Belçikada keçirilən voleybol üzrə gənc qızlar arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycan yığması mükafatçılar sırasında yer ala bilməyib.

Feliks Məmmədovun yetirmələri Polşa və Hollandiya voleybolçularının ardından III yer uğrunda görüşdə Belarus millisinə də uduzublar. Rəqibimiz hər 3 setdə 25:14 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, yığmamız turnirə Çexiya və Norveç millilərini məğlub etməklə başlasa da, bunun ardını gətirə bilməyib.
Yarışın qalibi isə qrup mərhələsində həmyerlilərimizə 1:3 hesabı ilə uduzan çexiyalılar olublar. Onlar finalda Hollandiya üzərində qələbə qazanıblar.
0