“Rabitə” və “İqtisadçı” qələbə ilə başladı
27.04.2011 - 19:17
“Rabitə” və “İqtisadçı” qələbə ilə başladı
Bu gün Masallıda qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində II dövrənin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında I dövrədə olduğu kimi, ötən mövsümün finalçıları - “Lokomotiv” və “Rabitə” üz-üzə gəliblər.

Bu matçda Azərbaycan çempionu “Rabitə” rəqibindən son məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Belə ki, oyuna fəal başlayan Dejan Brdjoviçin yetirmələri ilk setdə çətin qələbə qazansalar da (25:21), II hissədə “dəmiryolçulara” göz açmağa imkan verməyiblər. Bunun nəticəsi olaraq, “Rabitə” bu dəfə 9 top fərqi ilə qalib gəlib – 25:16.

III set də Çempionlar Liqasının finalçısının hücumları ilə başlayıb. Onlar hətta hissənin əvvəlində 8 top önə keçməyi bacarıblar – 9:1. Lakin bundan sonra çətin vəziyyətdən çıxan Draqutin Baltiçin yetirmələri hesabı arasındakı fərqi 1 topa endiriblər – 14:15. Bu isə “Rabitə”ni həvəsdən salmayıb və onlar əzmkar mübarizə nəticəsində final mərhələsinin ilk turundakı ssenarinin təkrarlanmasına imkan verməyiblər - 24:26. Həmin görüşdə 2:0 irəlidə olan “Rabitə” yekunda 2:3 hesabı ilə uduzsa da, bu dəfə “quru hesabla” qələbə qazanıb. Bu həmçinin final mərhələsinin arxada qalan 3 turunda 3:0 hesabı qeydə alınan ilk oyun olub.

II dövrənin ilk turu “Azərreyl” - “İqtisadçı” oyunu ilə yekunlaşıb. Bu matçın “dəmiryolçular” üçün asan keçəcəyi proqnozlaşdırılsa da, belə olmayıb. Belə ki, ilk hissədə asan qələbə qazanan universitet komandası növbəti setdə məğlub olub. Lakin buna baxmayaraq, onlar özlərinə gəlməyi bacarıblar. Yekunda ardıcıl 2 hissədə “Çelenc Cup” çempionunu məğlub edən “İqtisadçı” final mərhələsində II qələbəsini qazanıb.

Beləliklə, 4 turdan sonra “Rabitə” turnir cədvəlində vahid liderə çevrilib. Onlar ən yaxın izləyiciləri “Azərreyl” və “İqtisadçı”ni 1 xal qabaqlayırlar. Final mərhələsinə uğurlu başlayan “Lokomotiv” isə sonuncudur.

Xatırladaq ki, final mərhələsinin 3 turu Masallıda baş tutacaq. Super Liqaya Bakıda yekun vurulacaq.

Final mərhələsi, II dövrə

27 aprel

16.00. “Lokomotiv” - “Rabitə” - 0:3 (21:25, 16:25, 24:26)

Təsnifat mərhələsindəki oyunları
“Rabitə” - “Lokomotiv” - 2:3 (25:23, 25:21, 21:25, 18:25, 12:15)
“Lokomotiv” - “Rabitə” - 1:3 (14:25, 25:13, 17:25, 25:27)

Final mərhələsinin I dövrəsindəki oyunları
“Rabitə” – “Lokomotiv” - 2:3 (25:22; 25:16; 21:25; 22:25; 17:19)

18.30. “Azərreyl” - “İqtisadçı” - 1:3 (14:25, 25:20, 18:25; 21:25)

Təsnifat mərhələsindəki oyunları
“İqtisadçı” - “Azərreyl” - 2:3 (25:27, 14:25, 25:22, 26:24, 12:15)
“Azərreyl” - “İqtisadçı”- 2:3 (23:25, 25:17, 27:25, 18:25, 12:15)

Final mərhələsinin I dövrəsindəki oyunları
“İqtisadçı” – “Azərreyl” - 1:3 (18:25; 25:22; 19:25; 22:25)

Rabitə

4

3

1

11-6

7

Azərreyl

4

2

2

9-8

6

İqtisadçı

4

2

2

8-8

6

Lokomotiv

4

1

3

5-11

5



0