Lyubov Sokolova Bakı klublarının hədəfində
27.04.2011 - 12:39
Lyubov Sokolova Bakı klublarının hədəfində
Rusiya milli komandasının voleybolçusu Lyubov Sokolova karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda “Fənərbaxça”nın şərəfini qoruyan Avropa və dünya çempionunu 2 Bakı klubu transfer etmək istəyir.

Azərbaycan komandaları ilə yanaşı, Sokolova ilə Moskva “Dinamo”su da danışıqlara başlayıb. Paytaxt klubunu isə Rusiyaya dünya çempionu adını qazandıran Vladimir Kuzyutkinin rəhbərlik etməsi Lyubovun buranı seçmək şanslarını artırır. Lakin Qran-pri turnirin də qalibi olan 33 yaşlı voleybolçu hələ son qərarını verməyib. O, tezliklə təklifləri nəzərdən keçirərək oynamaq istədiyi klubun adını açıqlayacaq.

Qeyd edək ki, Sokolovanı həmçinin Krasnodar və Kazan “Dinamo”ları da heyətində görmək arzusundadır.
0