Azərbaycan yığmasının Avro-2012-də rəqibləri müəyyənləşdi
28.04.2011 - 09:22
Azərbaycan yığmasının Avro-2012-də rəqibləri müəyyənləşdi
Avstriyanın paytaxtı Vyanada həndbol üzrə qadınlar arasında Avro-2012-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan milli komandasının rəqiblərinin adı müəyyənləşib.

IV səbətdə yer alan yığmamız I qrupda mübarizə aparacaq. Püşkün nəticəsinə görə Rəfiqə Şabanovanın yetirmələri kifayət qədər güclü qrupda yer alıblar. Onlar Hollandiyada keçiriləcək finala çıxmaq uğrunda Almaniya, Belarus və Macarıstanla qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, qrup mərhələsində ilk 2 pillədə qərarlaşacaq yığma final mərhələsinə yüksələcək. Artıq həlledici oyunlarda qüvvəsini sınayacaq 2 komandanın adı isə məlumdur. Son Avropa çempionu Norveç və ev sahibi Hollandiya final mərhələsində rəqiblərini gözləyir.

I qrup
Almaniya
Belarus
Macarıstan
AZƏRBAYCAN

II qrup
Rumıniya
Portuqaliya
Serbiya
I təsnifat mərhələsinin qalibi (Böyük Britaniya, İsrail, Finlandiya, Yunanıstan)

III qrup
Rusiya
Polşa
Çernoqoriya
I təsnifat mərhələsinin ikincisi


IV qrup
Fransa
Türkiyə
Makedoniya
Litva

V qrup
İsveç
Sloveniya
Avstriya
Çexiya

VI qrup
Danimarka
Slovakiya
Xorvatiya
İtaliya

VII qrup
İspaniya
İslandiya
Ukrayna
İsveçrə
0