“Rabitə”dən möhtəşəm qələbə! - YENİLƏNİB
28.04.2011 - 19:46
“Rabitə”dən möhtəşəm qələbə! - YENİLƏNİB
Bu gün Masallıda qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında “Lokomotiv” və “Azərreyl” qarşılaşıb.

Hər 2 komanda II dövrəyə məğlubiyyətlə başladığından, görüşün gərgin keçəcəyi gözlənilsə də, belə olmayıb. Bu mövsüm 6-cı dəfə (3 dəfə Super Liqada, 2 dəfə “Çelenc Cup”da) qarşılaşan rəqiblərin duelində Vüqar Əliyevin yetirmələri növbəti qələbələrini bayram ediblər. Düzdür, ilk setdə asan təslim olan (16:25) “Lokomotiv” növbəti hissədə ciddi müqavimət göstərib. Lakin bu top fərqinin azalmasından başqa heç bir nəticə verməyib – 22:25. III set isə “Azərreyl”in 6-cı qələbəsini rəsmiləşdirib.

Günün digər qarşılaşmasında “Rabitə” və “İqtisadçı” üz-üzə gəliblər. Final mərhələsinə ən maraqlı matçı Azərbaycan çempionunun möhtəşəm qələbəsi ilə yekunlaşıb. Belə ki, ilk setdə çətin qələbə qazanan Dejan Brdjoviçin yetirmələri növbəti 2 hissədə məğlubiyyətlə üzləşiblər. Lakin bu, Çempionlar Liqasının gümüş mükafatçısını ruhdan salmayıb. Onlar IV hissədə hesabı bərabərləşdirərək, qarşılaşmanı tay-brekə daşıyıblar. Həlledici hissədə isə “İqtisadçı”nın bəxti gətirməyib. Setboyu hesabda öndə olan universitet komandası səhvlərinin qurbanı olub və nəticədə “Rabitə” 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.

Beləliklə, V turdan sonra turnir cədvəlində dəyişiklik baş verməyib. “Rabitə” 9 xalla vahid liderliyini qoruyur. “Azərreyl” isə ondan 1 xal geri qalır. Son 2 pillədə isə “İqtisadçı” və “Lokomotiv” qərarlaşıblar.

Qeyd edək ki, II dövrəyə sabah yekun vurulacaq. Çempionatın qalibi isə Bakıda keçiriləcək son 3 turun yekununa əsasən müəyyənləşəcək.

28 aprel

“Azərreyl” - “Lokomotiv” – 3:0 (25:16; 25:22; 25:20)
Final mərhələsindəki oyunları
“Lokomotiv” – “Azərreyl” - 1:3 (25:18, 19:25, 21:25; 15:25)
Təsnifat mərhələsindəki oyunları
“Azərreyl” – “Lokomotiv” – 3:0 (28:26, 25:13, 27:25)
“Lokomotiv” - “Azərreyl” - 0:3 (13:25, 12:25, 22:25)

“İqtisadçı” - “Rabitə” – 2:3 (25:27, 25:18, 25:20, 22:25, 16:18)
Final mərhələsindəki oyunları
“Rabitə” – “İqtisadçı” - 3:1 (25:19, 25:16, 22:25, 25:18)
Təsnifat mərhələsindəki oyunları
“İqtisadçı” – “Rabitə” - 0:3 (14:25, 27:29, 19:25)
“Rabitə” - “İqtisadçı” - 0:3 (24:26, 23:25, 22:25)

Rabitə

5

4

1

14-8

9

Azərreyl

5

3

2

12-8

8

İqtisadçı

5

2

3

10-11

7

Lokomotiv

5

1

4

5-14

6

0