Azərbaycan çempionatında oynadı, İspaniya yığmasına çağırıldı
29.04.2011 - 10:03
Azərbaycan çempionatında oynadı, İspaniya yığmasına çağırıldı
Qadın voleybolçulardan ibarət İspaniya yığmasının Avropa Liqasında iştirak edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni açıqlanan siyahıda Azərbaycan Super Liqasında oynayan voleybolçu da yer alıb.

İspaniya millisinin baş məşqçisi Gido Vermeulen güvənəcəyi 19 nəfərlik heyətə “İqtisadçı”nın şərəfini qoruyan Mariya Fernandesi də cəlb edib. A qrupunda yer alan Priney təmsilçiləri Fransa, Yunanıstan və Serbiya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Vermeulen yığmaya cəmi 3 legioner çağırıb.
0