NBA klubunda azərbaycanlı!
29.04.2011 - 14:51
NBA klubunda azərbaycanlı!
Basketbol üzrə Azərbaycan yığmasına namizəd Orxan Hacıyeva NBA klublarından dəvət alıb. Bu barədə apasport.az saytına Türkiyənin “Türk Telekom” komandasında forma geyinən basketbolçunun atası Aydın Bəşirov məlumat verib.

O bildirib ki, oğlu yayda “Çikaqo”nun düşərgəsinə yollanacaq. Hacıyevanın meneceri artıq klub rəhbərliyi ilə məsələni həll edib. “Çikaqo”ya getməkdə əsas məqsəd isə komandanın məşqində iştirak etmək və daha perspektivli kluba transfer məqsədi daşıyır.

Bununla yanaşı, 22 yaşlı basketbolçu İtaliyada təşkil olunacaq Avropanın ən güclü gənclərinin təlim-məşq toplanışına da qatılacaq.

Qeyd edək ki, Apennin yarımadasına gənc oyunçular statistik göstəricilərinə görə dəvət alırlar.
0