Bakı mərhələsinin oyunlarının başlama saatı açıqlandı
02.05.2011 - 12:39
Bakı mərhələsinin oyunlarının başlama saatı açıqlandı
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin III dövrəsinin oyunlarının başlama saat dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mayın 5-7-də keçiriləcək son 3 turdan ikisi eyni vaxtda başlayacaq. Axırıncı - 9-cu tur isə fərqli saatda başlayacaq.

5 may

16.00. “Rabitə” – “Lokomotiv”
18.30. “İqtisadçı” – “Azərreyl”

6 may

16.00. “Lokomotiv” – “Azərreyl”
18.30. “Rabitə” – “İqtisadçı”
7 may

14.00. “İqtisadçı” – “Lokomotiv”
16.30. “Azərreyl” – “Rabitə”

Qeyd edək ki, III dövrənin görüşləri Bakı İdman Sarayında baş tutacaq. Mingəçevir və Masallıda keçirilən 6 turdan sonra isə turnir cədvəlinə “Rabitə” başçılıq edir.
0