Estafet Bakıdan İstanbula keçdi
02.05.2011 - 13:00
Estafet Bakıdan İstanbula keçdi
Qadın voleybolçular arasında London-2012-yə lisenziya verəcək qitələrarası təsnifat yarışına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyası bu mötəbər turniri Türkiyəyə etibar edib.

8 komandanın qatılacağı yarış 2012-ci ilin may ayının 1-6-da İstanbul Burhan Fələk voleybol salonunda baş tutacaq. Analoji turnir Afina-2004 öncəsi Bakıda keçirilmişdi və Almaniya milli komandası çempion olaraq, Olimpiadaya yollanmaq şansı qazanmışdı.

Qeyd edək ki, Olimpiya Oyunlarında 12 ölkənin yığması iştirak edir. Bunlardan 1-i ev sahibi, 3-ü dünya çempionatının mükafatçıları və 5-i qitələr arası çempionatların qalibi olurlar. Digər 3 komanda isə təsnifat mərhələlərində müəyyənləşir. Çox güman ki, Azərbaycan yığması bu il Avropa çempionatında qalib olmasa da, təsnifat mərhələsinə qatılaraq Türkiyədə keçiriləcək son mərhələdə iştirak hüququ qazanacaq.
0