38 yaşlı əfsanə karyerasını bitirdi
02.05.2011 - 16:02
38 yaşlı əfsanə karyerasını bitirdi
Finlandiya futbolunun əfsanəsi Sami Hyuyupya karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı veteran çıxışlarını başa vurmağa qərar verib. Karyerasının son illərini Almaniya “Bayer”ində keçirmiş Sami əsasən İngiltərənin “Liverpul” klubundakı çıxışları ilə məşhurlaşıb.

1999-cu ildə Hollandiya “Villem”indən 2,5 milyon funt sterlinqə transfer olunan fin müdafiəçi 10 il Premyer Liqa təmsilçisində çıxış edib. Bu müddətdə Çempionlar Liqası, İngiltərə Liqa kuboku və 2 İngiltərə kuboku qazanan Sami 2009-cu ildə öz istəyi ilə olmasa da, Almaniyaya transfer olunub.

Son 12 ildə 9 dəfə Finlandiyada ilin futbolçusu seçilən müdafiəçi 19 il şərəfini qoruduğu yığmada 105 matça 5 qol vurub. Bu görüşlərdən 7-si Azərbaycan milli komandasına qarşı olub ki, 2002-ci il oktyabrın 12-də Helsinkidəki matçda Hyuyupya qol da vurub. Bu oyunlardan 3-ü Bakıda keçirilib.
0