Yığmamızın kapitanı Rusiya çempionatının finalında
04.05.2011 - 10:27
Yığmamızın kapitanı Rusiya çempionatının finalında
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko Rusiyada bu mövsümü də titulla başa vuracaq. Apasport.az saytının məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu Moskva “Dinamo”su Rusiya çempionatının finalına yüksəlib.

Parxomenkonun komandası bu uğura Krasnodar “Dinamo”sunu məğlub etməklə nail olub. Belə ki, ilk görüşdə Natalya Məmmədovanın sabiq klubuna 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçiləri II görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.

Onların həlledici mərhələdə isə rəqibləri Kazan “Dinamo”su olacaq. Final görüşləri 10-11-də və 15-16-da keçiriləcək. Bu oyunlarda komandalar hərəyə 1 dəfə qələbə qazanacaqları halda, Rusiya çempionunun adı mayın 19-da dəqiqləşəcək.

Qeyd edək ki, Moskva “Dinamo” ötən mövsümdə də Super Liqanın finalında mübarizə aparmışdı və sonda “Zariçye-Odintsova”ya uduzaraq gümüş mükafatla kifayətlənmişdi.
0