“Rabitə” bu gün çempion ola bilmədi - YENİLƏNİB
05.05.2011 - 19:18
“Rabitə” bu gün çempion ola bilmədi - YENİLƏNİB
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasının final mərhələsinin VII turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutan ilk matçda ölkə çempionatının son finalçıları – “Rabitə” və “Lokomotiv” 5-ci dəfə bir-birlərini sınağa çəkiblər.

Turun mərkəzi qarşılaşması son Azərbaycan çempionun qələbəsi ilə yekunlaşıb. Belə ki, ilk setdə çətin qələbə qazanan “Rabitə” növbəti hissədə rəqibini asan məğlub edib. Lakin mövsüm ərzində son matç istisna olmaqla, həmişə rəqibinə ciddi müqavimət göstərən və 2 dəfə “Rabitə”yə qalib gələn “dəmiryolçular” III setdə fərqi azaldıblar – 1:2. Bu isə Dejan Brdjoviçin yetirmələrini ruhdan salmayıb. Əksinə, onlar IV hissədə daha da gözəl oyun nümayiş etdirərək final mərhələsində 6-cı qələbələrini qazanıblar.

Çempionluq şansı xeyli az olan “Azərreyl” “İqtisadçı”nı sınağa çəkib. Bu oyunda Vüqar Əliyevin yetirmələri qalib gəlməklə, “Rabitə”nin bu gün çempionluğu bayram etməsinə imkan verməyiblər. Düzdür, “dəmiryolçular” ilk setdə əzmkar qələbədən sonra üstünlüyü əldən veriblər. Lakin “İqtisadçı”nın gücü cəmi 1 setə çatıb. Onlar hesabı bərabərləşdirdikdən sonra ardıcıl 2 hissədə “Azərreyl”lə bacara bilməyiblər və həlledici mərhələdə 5-ci dəfə xal itkisi ilə üzləşiblər.

Beləliklə, 7 turdan sonra liderliyini qoruyan “Rabitə” çempionluğa 1 addım da yaxınlaşıb. Onların sabahkı görüşdə qələbə qazanması digər matçın nəticəsindən asılı olmayaraq, vaxtından əvvəl titullarını qorumaları ilə nəticələnək. İkinci yerdə gedən “Azərreyl” də qələbə sayəsində mövqeyini qoruyub. Final mərhələsində 5 dəfə uduzan “Lokomotiv” və “İstisadçı” isə 2-ci yerdən 2 xal geri düşüblər.

5 may

16.00. “Rabitə” – “Lokomotiv” - 3:1 (25:23; 25:14; 22:25; 25:15)

Təsnifat mərhələsindəki oyunları
“Rabitə” - “Lokomotiv” - 2:3 (25:23, 25:21, 21:25, 18:25, 12:15)
“Lokomotiv” - “Rabitə” - 1:3 (14:25, 25:13, 17:25, 25:27)

Final mərhələsindəki oyunları
“Rabitə” – “Lokomotiv” - 2:3 (25:22; 25:16; 21:25; 22:25; 17:19)
“Lokomotiv” - “Rabitə” - 0:3 (21:25, 16:25, 24:26)

18.30. “İqtisadçı” – “Azərreyl” - 1:3 (23:25, 25:22,17:25, 21:25)

Təsnifat mərhələsindəki oyunları
“İqtisadçı” - “Azərreyl” - 2:3 (25:27, 14:25, 25:22, 26:24, 12:15)
“Azərreyl” - “İqtisadçı”- 2:3 (23:25, 25:17, 27:25, 18:25, 12:15)

Final mərhələsindəki oyunları
“İqtisadçı” – “Azərreyl” - 1:3 (18:25; 25:22; 19:25; 22:25)
“Azərreyl” - “İqtisadçı” - 1:3 (14:25, 25:20, 18:25; 21:25)

Rabitə

7

6

1

20-10

13

Azərreyl

7

4

3

16-12

11

İqtisadçı

7

2

5

13-17

9

Lokomotiv

7

2

5

9-19

9



Qeyd edək ki, Super Liqaya mayın 7-də yekun vurulacaq.
0