Nazir “Rabitə” voleybolçularını qəbul edib
05.05.2011 - 12:32
Nazir “Rabitə” voleybolçularını qəbul edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çempionlar Liqasını gümüş medalla başa vuran “Rabitə” voleybol klubunun üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, nazir ölkədə idmanın və bədən tərbiyəsinin inkişafına göstərilən dövlət qayğısından danışmış, dövlət başçısı İlham Əliyevin bütün idmançılara xüsusi qayğısını qeyd edib.
Abbasov “Rabitə”nin bütün yarışlarda ciddi uğura imza atdığını, çox güclü rəqibləri arxada qoyaraq nümunəvi oyun göstərmələrini təkcə rabitəçilərə deyil, bütün Azərbaycan xalqına sevinc bəxş etdiyini vurğulayaraq, komandaya uğurlar arzulayıb.

Görüşdə çıxış edən voleybolçular onlara göstərilən qayğıdan razı qaldıqlarını və qələbə naminə bütün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Qeyd edək ki, serbiyalı mütəxəssis Dejan Brdjoviçin yetirmələri bu gün daha bir titul qazana bilərlər. Super Liqada 1-ci yerdə olan “Rabitə” VII turda “Lokomotiv”ə qalib gələrsə, Azərbaycan çempionu adına yiyələnəcək.
0