“İqtisadçı” 2-ci yer şansını qorudu - YENİLƏNİB
06.05.2011 - 19:38
“İqtisadçı” 2-ci yer şansını qorudu - YENİLƏNİB
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasının final mərhələsinin VIII turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 2 qarşılaşmadan sonra 2010/2011-ci il mövsümünün qalibinin adı dəqiqləşib.

Belə ki, turun I oyununda “Azərreyl” “Lokomotiv”lə münasibətlərinə aydınlıq gətirib. Mövsüm ərzində rəqibinə 6 dəfə (2 dəfə “Çelenc Cup”ın finalında) qalib gələn Vüqar Əliyevin yetirmələrinin bu dəfə bəxti gətirməyib. Belə ki, 2 dəfə hesabda geri düşən “Azərreyl” oyunda tarazlıq yaratsa da, tay-brekdə məğlubiyyətdən qaça bilməyib. “Lokomotiv”in isə qələbəsi “Rabitə”nin vaxtından əvvəl çempion olmasını rəsmiləşdirib.

Turun axırıncı oyununda “Rabitə” “İqtisadçı”nı sınağa çəkib. Artıq çempionluğunu rəsmiləşdirən Dejan Brdjoviçin yetirmələri ilk setdə qalib gəlsələr də, növbəti hissələrdə çətinliklə üzləşiblər. Nəticədə səhvsiz oynayan “İqtisadçı” ardıcıl 3 setdə qələbə qazanaraq, II yeri tutmaq şansını saxlayıb.

Bu isə universitet komandasının sabah “Lokomotiv”ə “quru hesabla” qalib gələcəyi, “Azərreyl”in isə həmişə uduzduğu “Rabitə”yə 0:3 hesabı ilə məğlub olacağı halda reallaşacaq. Əgər qarşılaşmalarda başqa nəticələr qeydə alınarsa və komandaların xalları eyni olarsa əsasnaməyə əsasən mükafatçılar setlərin fərqinə görə müəyyənləşəcək. Bu göstəricidə də bərabərlik yaranarsa top fərqi əsas götürüləcək.

6 may

16.00. “Azərreyl” - “Lokomotiv” – 2:3 (18:25; 25:20, 20:25, 25:18; 13:15)

Final mərhələsindəki oyunları
“Lokomotiv” – “Azərreyl” - 1:3 (25:18, 19:25, 21:25; 15:25)
“Azərreyl” - “Lokomotiv” – 3:0 (25:16; 25:22; 25:20)

Təsnifat mərhələsindəki oyunları
“Azərreyl” – “Lokomotiv” – 3:0 (28:26, 25:13, 27:25)
“Lokomotiv” - “Azərreyl” - 0:3 (13:25, 12:25, 22:25)

18.30. “Rabitə” – “İqtisadçı” - 1:3 (25:19, 26:28, 17:25, 23:25)

Final mərhələsindəki oyunları
“Rabitə” – “İqtisadçı” - 3:1 (25:19, 25:16, 22:25, 25:18)
“İqtisadçı” - “Rabitə” – 2:3 (25:27, 25:18, 25:20, 22:25, 16:18)

Təsnifat mərhələsindəki oyunları
“İqtisadçı” – “Rabitə” - 0:3 (14:25, 27:29, 19:25)
“Rabitə” - “İqtisadçı” - 0:3 (24:26, 23:25, 22:25)

Rabitə

8

6

2

21-13

14

Azərreyl

8

4

4

18-15

12

İqtisadçı

8

3

5

16-18

11

Lokomotiv

8

3

5

12-21

11

0