Azərbaycan çempionları Fransa və İspaniya yığmalarına qarşı
11.05.2011 - 12:41
Azərbaycan çempionları Fransa və İspaniya yığmalarına qarşı
Voleybol üzrə qadınlardan ibarət Serbiya yığmasının Avropa Liqasında iştirak edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç mayın 27-də start götürəcək yarış üçün güvənəcəyi heyəti müəyyənləşdirib.

O, qitənin mötəbər turniri üçün açıqladığı 24 nəfərlik siyahıda Azərbaycan Super Liqasında forma geyinən 2 voleybolçuya da yer verib. Belə ki, “Rabitə” ilə Azərbaycan çempionu olan Nataşa Krsmanoviç və Siviya Papoviç milli komandanın düşərgəsinə dəvət olunublar.

Qeyd edək ki, Serbiya yığması A qrupunda Fransa, İspaniya və Yunanıstan komandalarına qarşı mübarizə aparacaqlar.
0