Milli komandamızın üzvləri “Trabzonspor”u Avrokuboka daşıdılar
11.05.2011 - 17:05
Milli komandamızın üzvləri “Trabzonspor”u Avrokuboka daşıdılar
Azərbaycan milli komandasının həndbolçuları – Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin çıxış etdikləri Türkiyə “Trabzonspor”u mövsümü uğurla başa vurub. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizin şərəfini qoruduğu komanda pley-off mərhələsində “Mersin Yenişəhər Bələdiyyəsi”ni 27:24 hesabı ilə məğlub edərək Avrokuboka lisenziya qazanıb.

Bu qarşılaşmada əsas güc azərbaycanlı həndbolçuların üzərinə düşüb. 27 xalda 16-sını məhz təmsilçilərimiz qazanıb.

Qeyd edək ki, mövsümün əvvəlində “Trabzonspor”a transfer olunan həmyerlilərimizlə müqavilənin artırılması planlaşdırılır.
0