Yığmamızın Gürcüstan çempionu ilə oyununun vaxtı dəqiqləşdi
12.05.2011 - 11:36
Yığmamızın Gürcüstan çempionu ilə oyununun vaxtı dəqiqləşdi
Həndbol üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi mayın 14-də Gürcüstana yola düşəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın bu ölkəyə səfərində əsas məqsəd Super Liqanın axırıncı mərhələsində iştirak etməkdir.

Belə ki, 2 dövrədən sonra II pillədə qərarlaşan Hikmət Abdullayevin yetirmələri növbəti mərhələdə ilk görüşünü “Kutaisi” klubuna qarşı keçirəcək. Bu oyun mayın 15-də baş tutacaq. Ertəsi gün “Batumi”ni sınağa çəkəcək həndbolçularımız mayın 17-də son Gürcüstan çempionu “Tbilisi” ilə üz-üzə gələcəklər.

Yığmamızın növbəti matçda rəqibi Gürcüstanın gənclərdən ibarət milli komandası olacaq. Çempionatın son günü (19 may) isə “Universitet”lə qüvvəsini sınayacaq həmyerlilərimiz vətənə mayın 22-də qayıdacaqlar.

Qeyd edək ki, millimiz yarışda müsabiqədən kənar mübarizə aparır.
0