Azərbaycan çempionatının mükafatçısı Almaniya yığmasına çağırıldı
12.05.2011 - 13:02
Azərbaycan çempionatının mükafatçısı Almaniya yığmasına çağırıldı
Voleybol üzrə qadınlardan ibarət Almaniya yığmasının Avropa Qran-prisində iştirak edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Covanni Qidetti bu mötəbər yarışda şans verəcəyi voleybolçuların adlarını dəqiqləşdirib.

Onun açıqladığı 24 nəfərlik siyahıda Bakının “İqtisadçı” klubunun heyətində çıxış edən Azərbaycan Super Liqasının bürünc mükafatçısı Katlin Ueiss yer alıb. Almaniya qitənin ən güclü komandaları – Rusiya, İtaliya, Türkiyə, Hollandiya və Bolqarıstan yığmalarına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, “İqtisadçı” rəhbərliyi hazırda Ueiss yeni müqavilə bağlamağa hazırlaşır. Onun daha 1 il Bakıda qalması gözlənilir.
0