Milli komandalarımızı London-2012-yə aparacaq yol
13.05.2011 - 10:08
Milli komandalarımızı London-2012-yə aparacaq yol
Avropa Voleybol Konfederasiyası London-2012-yə lisenziya yarışlarının vaxtını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mübarizəyə öncə qadın voleybolçular başlayacaqlar. Zəriflərin Olimpiadaya təsnifat turniri noyabrın 8-13-də keçiriləcək. Final mərhələsi isə 2012-ci il mayın 1-6-da Türkiyədə olacaq.

Kişi voleybolçular arasında yarış isə noyabrın 22-də start götürəcək və 5 gün davam edəcək. Bu komandaların həlledici oyunlarına isə Bolqarıstan ev sahibliyi edəcək (8-13 may, 2012).

Qeyd edək ki, həmişə final mərhələsi yanvarda keçirilsə də, ilk dəfə təqvimə dəyişiklik olunub. Təsnifat yarışlarına isə qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları da qatılacaqlar.

Bu, o halda baş verməyə bilər ki, sentyabrda baş tutacaq Avropa çempionatında Faiq Qarayevin yetirmələri qızıl medal qazansınlar. Lakin kişilərdən ibarət yığmamız ancaq təsnifat mərhələsi ilə irəliləyə bilər.
0