Draqutin Baltiç daha 1 il Azərbaycanda
16.05.2011 - 13:02
Draqutin Baltiç daha 1 il Azərbaycanda
Qadın voleybolçulardan ibarət Bolqarıstan yığmasına baş məşqçi təyin edilən Draqutin Baltiç daha 1 il ölkəmizdə çalışacaq. Apasport.az saytının məlumatına görə, sloveniyalı mütəxəssis Bakı “Lokomotiv”i ilə yeni müqaviləyə imza atıb. O, Bolqarıstan millisi ilə yanaşı, “dəmiryolçuları” da çalışdırmağa razılıq verib.

Baltiç artıq transferlərə də başlayıb. “Rabitə”dən bolqar Diana Nenovanın Bakı klubuna keçidində yardımçı olan mütəxəssis daha 2 yığma voleybolçusunu “Lokomotiv”ə gətirməyi planlaşdırır. Baltiç milli komandada sərəncamında olan Dobriana Rabadjiyeva və Yeva Yanevanın xidmətində maraqlıdır.

Qeyd edək ki, 2009/2010 mövsümündə “Rabitə”ni Azərbaycan çempionu edən Draqutin, 1 il sonra “Lokomotiv”lə 4-cü olub.
0