Rəqib düşərgədə 4 “azərbaycanlı”
16.05.2011 - 17:11
Rəqib düşərgədə 4 “azərbaycanlı”
Qadın voleybolçulardan ibarət Xorvatiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi İrina Kirilova Avropa Liqasında güvənəcəyi 23 nəfərlik heyəti müəyyənləşdirib.

Bu voleybolçulardan üçü Azərbaycan Super Liqasının mükafatçılarıdır. Rusiya əsilli Kirilova Bakı “Rabitə”si ilə çempion olan Marina Miletiç, “İqtisadçı” ilə isə bürünc mükafatlara yiyələnən İvana Milos və İliyana Duqandjiçi yeni açıqlanan siyahıya daxil edib. O, həmçinin “Rabitə”nin yeni transferi – Natasa Osmokroviçə təklif göndərib.

Qeyd edək ki, Xorvatiya milli komandası sentyabrda start götürəcək Avro-2011-in final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alır.
0