Milli komandamızda slovakiyalı voleybolçu! - EKSKLÜZİV
17.05.2011 - 10:38
Milli komandamızda slovakiyalı voleybolçu! - EKSKLÜZİV
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasına yeni legioner cəlb edilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” klubunun slovakiyalı legioneri Yana Matiasovska bundan sonra millimizin də şərəfini qoruyacaq.

Artıq Azərbaycan vətəndaşlığını qəbul etmiş Yana Bakıda ailə həyatı da qurub. O, “dəmiryolçular”ın məşqçisi Famil Ağayevlə evləndiyindən, milli komandamızda Ağayeva soyadı ilə çıxış edəcək.

Lakin Yana Avro-2011-in final mərhələsində millimizdə debüt edə bilməyəcək. O, Slovakiya yığmasında çıxış etdiyindən, əsas komandamızın formasını geyinmək üçün 2 il gözləməli olacaq.

Qeyd edək ki, ötən il Rusiya “Uraloçka”sından “Azərreyl”lə transfer olunan Ağayeva milli komandamıza qarşı oynayıb. O, 2003-cü ildə DÇ-2004-ün təsnifat mərhələsində Slovakiya yığmasının heyətində Faiq Qarayevin yetirmələrinə qarşı mübarizə aparıb.

1987-ci ildə anadan olan Matiasovska 198 sm boya malikdir.
0