Azərbaycan klubları avrokuboklara getmir!
17.05.2011 - 17:00
Azərbaycan klubları avrokuboklara getmir!
Azərbaycanın kişi voleybolçulardan ibarət komandaları növbəti mövsümdə avrokuboklarda iştirak etməyəcəklər. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc Cup”da hər il olduğu kimi “Azərneft” klubunun təmsil edəcəyi bildirilsə də, son anda onlar da Avropa Voleybol Konfederasiyasına (CEV) sifariş olunmayıblar.

Nəticədə Sahib Əliyevin yetirmələri də “Sərhədçi”nin ardınca beynəlxalq arenaya yollanmaqdan məhrum olublar. Hazırda “Azərneft” istirahətə buraxılıb. Yığmanın əsasını təşkil edən komanda Olimpiadaya lisenziya xarakterli təsnifat mərhələsinin püşkatmasından sonra bir araya gələcək.

Qeyd edək ki, Azərbaycan Avropada 5 qadın komandası (“Rabitə”, “Azərreyl”, “İqtisadçı”, “Lokomotiv” və “Bakı”) ilə təmsil olunacaq.
0