Sabiq “Xəzər Lənkəran”lılar bir arada
18.05.2011 - 09:50
Sabiq “Xəzər Lənkəran”lılar bir arada
Rumıniyanın “Tırqu Mureş” klubu özünü Azərbaycanda göstərmiş futbolçuları heyətinə yığmaqda davam edir. Apasport.az saytının məlumatına görə, 2006-2007-ci illərdə “Xəzər Lənkəran”da çıxış etmiş Robert İlyeş də bu komandaya keçib. Vaxtilə Azərbaycan çempionu və kubokunun qalibi olmuş 37 yaşlı veteran 4 ildir şərəfini qoruduğu “Braşov”u “Tırqu Mureş”ə dəyişməyə qərar verib. Təcrübəli orta sahə oyunçusu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Robertin yeni komandası bu ilin əvvəlində daha bir sabiq “Xəzər Lənkəran”lını transfer etmişdi. Bu, argentinalı hücumçu Dieqo Ruizdir. Cari mövsümün ilk əvvəlində ölkəmizdə çıxış edən forvard “Neftçi” ilə “Xəzər Lənkəran” arasında çempionat oyunlarının son qəhrəmanıdır. Belə ki, məhz onun qolu ilə cənubluların qələbə qazandığı matçdan sonra rəqiblər heç-heçələri sıralayıblar.
0